Betsa: "Kremli cəzalandırın!"

Betsa: "Kremli cəzalandırın!"
30 Mar 2025 11:25

Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa diqqət çəkən açıqlamalar verib. The Sun qəzetinin yaydığı məlumata görə, diplomat Rusiyanı Ukrayna ərazisində törətdiyi əməllərə görə “hesab verməyə” çağırıb. 


O, bu əməllərin müharibə cinayətləri ilə bağlı olduğunu bildirib. Betsa qeyd edib ki, təcavüzkarları bağışlamaq və ya sakitləşdirmək olmaz, aqressiyanı təşviq etmək yanlış addımdır. Onun fikrincə, “cəzasızlığın qanunun aliliyindən üstün olduğu” bir dünyada yaşamaq olmaz.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, Rusiya  sənaye miqyasında da cinayətlər törədir. 

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada