Filippində də təyyarə qəzaya uğradı: Ölənlər var

Filippində də təyyarə qəzaya uğradı: Ölənlər var
30 Mar 2025 13:13

Filippinin Panqasinan bölgəsində baş verən təlim təyyarəsi qəzasında iki nəfər həyatını itirib.

 Filippin polisi "Cessna" tipli kiçik təyyarənin təlim uçuşu zamanı qəza keçirməsi nəticəsində 32 yaşlı pilot və 25 yaşlı tələbəsinin həlak olduğunu açıqlayıb.

Polis təyyarənin düşməsindən sonra hər iki şəxsin yerindəcə öldüyünü bildirib. Qəzadan sonra hadisə ilə bağlı istintaqın başladığı qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada