“Qarabağ ermənisiyəm” deyən müğənni Bakıya gəlir

“Qarabağ ermənisiyəm” deyən müğənni Bakıya gəlir
30 Mar 2025 14:00

Rusiyalı pop müğənni, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

News365.az xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib.

Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq, öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi.

(oxu.az)


Sizin reklam burada
Sizin reklam burada