Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Ramazan ayında fitrə zəkatı ilə bağlı tövsiyəsini açıqlayıb. News365.az xəbər verir ki, QMİ-nin tövsiyəsinə əsasən, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılması daha məqsədəuyğun hesab edilir.
Qeyd edək ki, fitrə zəkatı Ramazan ayının vacib əməllərindən biridir və imkanlı müsəlmanlar tərəfindən ehtiyacı olanlara verilir.