Rusiyada tragikomik hadisə baş verib. Vladivostokda sərxoş şəxs özü üçün təcili yardım çağırdıqdan sonra həkimlərə hücum edib. Bu barədə "Primorski şit" Telegram kanalında məlumat verilib.
Hadisə martın 29-da baş verib.
"Vladivostok sakini özü üçün təcili yardım çağırıb və gözlənilmədən həkimlərə hücum edib. Təcili yardım işçiləri mənzilə qalxarkən otaqda bıçaq və pnevmatik tapança görüblər. Həkimlər təcili yardım maşınına sığınıb və zorakılıq edən xəstə onlara yetişməyə çalışıb", -paylaşımda yazılıb.
Qeyd edilib ki, primorye sakini zərərsizləşdirilib. Bu zaman hadisə yerinə şiddətli dərəcədə ağırlaşmış xəstələr üzrə ixtisaslaşan ikinci təcili yardım briqadası gəlib. Həmin şəxs həkimlərə təhvil verilib, hadisə barədə polisə məlumat verilib.
Tural