Sabirabadda yeni doğulan körpə səhlənkarlıq nəticəsində öldü

Sabirabadda yeni doğulan körpə səhlənkarlıq nəticəsində öldü
30 Mar 2025 14:33

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Hadisə martın 28-də baş verib.

Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Xəyalə Natiq qızı Əsədova Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.

Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb. Körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq gecikmə olduğu üçün doğum təbii yolla baş verib. Körpə həmin gün ölüb.

Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.

Uşağın atası Kamal Malıyev faktı təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib:

“Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur”.


Sizin reklam burada
Sizin reklam burada