Bakıya 26 minə yaxın sərnişin daşınıb - AYNA-dan AÇIQLAMA

Bakıya 26 minə yaxın sərnişin daşınıb - AYNA-dan AÇIQLAMA
30 Mar 2025 11:51

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 sərnişin daşınıb.

Bu barədə  AYNA-dan bildirilib.

Qeyd edilir ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışır.


Sizin reklam burada
Sizin reklam burada