Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Voskan Sarkisyan diqqət çəkən paylaşım edib.
O, Myanmada baş verən təbii fəlakətin nəticələri ilə Ermənistanda olacaq mümkün faciələrin nəticələri arasında paralel aparıb: "Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600 nəfəri ötüb, 3400-dən çox insan yaralanıb, 139 nəfərin itkin düşdüyü deyilir. Əgər belə bir fəlakət hansısa Avropa ölkəsində və ya ABŞ-də baş versəydi, dünya mediası onu daim işıqlandırar, fəlakət yerindən canlı yayımlara çıxardı. Halbuki keçmiş Birma dünyada çəkisi olmayan, iqtisadi cəhətdən zəif inkişaf etmiş və Ermənistan kimidir. Hər iki ölkə böyük güclər üçün heç bir əhəmiyyət kəsb etmir. "Sivilizasiya beşiyi" sayılan Ermənistan mədənlərin, bankların, dəmir yollarının, Atom Elektrik Stansiyası(AES) və İstilik Elektrik Stansiyalarının (İES) əcnəbilərə məxsus olduğu, hökumətin külli miqdarda kreditlərlə yükləndiyi əsl müstəmləkəyə çevrilib. Bizdə ölkə ərazisini qoruyub saxlaya bilməyən və ya istəməyən hökumət ordunu silahlandırmaq üçün əlavə pullar tapmağa deyil, yeni kreditlər götürərək 21-ci əsrdə Ermənistanı əsl müstəmləkəyə çevirib. Şarl Aznavur da vaxtında Ermənistan hakimiyyəti haqqında belə deyirdi: “Ermənistanda mafiya ilə məşğul olmayın, başqa ölkələrdə mafiya ilə məşğul olun”. Əgər Aznavur sağ olsaydı və indiki hakimiyyətin mafiya oyunları ilə öz xalqını fəlakətə sürükləməsini görsəydi, kədərli mahnı yazardı”.
Tural