Müsəlman dünyasının ən əhəmiyyətli bayramlarından biri olan Ramazan bayramı hər il böyük coşqu ilə qeyd olunur. Orucun sona çatmasını simvolizə edən bu bayramın maraqlı ənənələri və faktları var.
Ramazan Bayramı haqqında maraqlı faktları təqdim edirik:
1. Bayramın mənası "Eid al-Fitr" ərəb dilindən tərcümədə "orucun açılması bayramı" deməkdir. Bu, Ramazan ayı boyunca tutulan orucun sona çatmasını ifadə edir.
2. Ramazan bayramının tarixi hər il hicri təqvimi (ay təqvimi) ilə müəyyən edilir. Bu səbəbdən Qriqorian təqvimi ilə tarixi hər il təxminən 10-11 gün irəli çəkilir.
3. Bayram gününün ən önəmli ibadətlərindən biri xüsusi bayram namazının qılınmasıdır. Müsəlmanlar səhər tezdən məscidlərə toplaşaraq namaz qılır və dualar edirlər.
4. Ramazan bayramından əvvəl hər bir müsəlmanın imkansız insanlara fitrə sədəqəsi verməsi vacib sayılır. Bu, kasıbların da bayram sevincini yaşamasına kömək edir.
5. Ramazan bayramında süfrələrdə bol şirniyyat və yeməklər hazırlanır. Xüsusilə, Azərbaycanda paxlava, şəkərbura, badambura kimi şirniyyatlar bayram süfrələrinin bəzəyidir.
6. Bayram günlərində insanlar bir-birini ziyarət edir, böyüklərin əllərini öpüb xeyir-dualarını alırlar. Bu, ailə və dost münasibətlərini möhkəmləndirən bir ənənədir.
7. Bayramda uşaqlara xüsusi diqqət yetirilir. Onlara pul, şirniyyat və hədiyyələr verilir ki, bayram onlar üçün daha da sevindirici olsun.
8. İslam dünyasında fərqli adlarla tanınır – Məsələn, Türkiyədə "Şeker Bayramı", İranda "Eyd-e Fetr", Malayziyada isə "Hari Raya Puasa" adlanır.
9. Ramazan bayramı Qurban Bayramı ilə birlikdə İslam dünyasının ən əhəmiyyətli iki bayramından biri hesab olunur.
10. Bayram zamanı insanlar küsülüləri barışdırmağa, yardımlaşmağa və birlikdə bayram sevincini paylaşmağa çalışırlar.