Alman kəşfiyyatı Kiyevdən sonra Avropaya hücumu proqnozlaşdırıb

Alman kəşfiyyatı Kiyevdən sonra Avropaya hücumu proqnozlaşdırıb
30 Mar 2025 13:15

Bundesver və Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) Rusiyanın hərəkətlərinə görə Almaniyanın, bütövlükdə Avropanın təhlükəsizliyindən narahat olduqlarını bildirirlər. Bu barədə Sueddeutsche Zeitung (SZ) nəşri qurumun sənədlərinə istinadən xəbər verir.

Qəzet analitik məlumatlara istinadən yazır ki, “təhlükə çox ciddidir və böyük diqqət tələb edir”. Nəşrin yazdığına görə, Almaniya 2022-ci ilin fevralında olduğu kimi “çətin vəziyyətdə” qalmaq istəmir. SZ-nin fikrincə, ekspertlər Avropada sülhün bərqərar olacağına dair pessimist mənzərə yaradırlar.

"Rusiya rəhbərliyi belə hesab edir ki, onlar Kiyevlə yox, Qərblə konfliktdədirlər. Kreml öz imperialist məqsədlərinə hərbi güclə, o cümlədən Ukraynadan kənarda nail olmağa hazırdır. Hazırda Rusiya ilə NATO arasında qaçılmaz qarşıdurma əlaməti olmasa belə, sənəddə deyilir ki, onilliyin sonuna qədər Kreml çox güman ki, genişmiqyaslı şərti müharibəyə hazır olmaq üçün bütün tələbləri yerinə yetirəcək. Ukraynada üç ildən artıqdır davam edən müharibə Rusiya qüvvələrini zəiflətməyib", -müəllif yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada