Müharibə Araşdırmaları İnstitutu: Yaz-yay hücumlarına hazırlıq gedir

Müharibə Araşdırmaları İnstitutu: Yaz-yay hücumlarına hazırlıq gedir
30 Mar 2025 11:30

Rusiya Silahlı Qüvvələri 2025-ci ilin yaz-yay aylarında Ukraynada təmas xəttinin bir neçə bölməsində güclü hücumlara hazırlaşır. Bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Analitikləri belə qənaətə gəliblər ki, hazırki proseslər buna doğru gedir.

Ekspertlərin fikrincə, belə bir arzuolunmaz proses Moskvanın mümkün danışıqlar kontekstində Kiyevə təzyiqi artırmaq strategiyasının bir hissəsi ola bilər. Analitiklər hesab edirlər ki, hücum Sumı, Xarkov və Zaporojye istiqamətində həyata keçirilə bilər.

Eyni zamanda, analitiklər ehtimal edir ki, Rusiya qoşunları açıq mənbələrdə bildirilməyən rotasiya həyata keçirəcəklər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada