“Zelenski ilə bağlı iddiaların heç bir əsaslı tərəfi yoxdur”
Politoloq Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, səsləndirilən iddialar faktlara əsaslanmır və yalnız ictimai rəyin formalaşdırılmasına yönəlib.
“Gənayətimə görə, bu iddialar məsuliyyətsiz yanaşmanın nəticəsidir. Ortada heç bir mənbə yoxdur, sadəcə fikir səsləndirilir. Ərəbistanla bağlı ittihamlar da sual doğurur. Prinsip etibarilə, sözügedən vəsaitin miqdarı elə böyükdür ki, heç kim bu iddianı sübut edə bilməz. Üstəlik, bu məbləğin dövriyyəyə buraxılması və aşkarlanması indiki şəraitdə çox asandır, buna görə də real görünmür”, – deyə politoloq vurğulayıb.