Tokayev İlham Əliyevə təşəkkür edib

Tokayev İlham Əliyevə təşəkkür edib
14:32

Azərbaycan liderinə sanksiyaları ləğv etmək və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaratmaq qərarına görə minnətdarlığımı bildirirəm.

News365.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu sözləri Astanada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi birgə mətbuat brifinqində deyib.

“Bu ilin noyabr ayında Azərbaycan vasitəsilə Ermənistana 1000 ton Qazaxıstan taxılının ilk partiyası çatdırılıb. Bu təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qazaxıstan Ermənistana mütəmadi olaraq yüksəkkeyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır. Biz bu sahəni daha da inkişaf etdirmək üçün bütün səylərimizi göstərməyə razılaşdıq”, - deyə Qazaxıstan Prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır.

“Qazaxıstan Ermənistanın nəqliyyat və tranzit sektorunda “Sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyir. Biz, həmçinin TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsində iştirak etməkdə maraqlı olduğumuzu təsdiqləyirik. Bu strateji dəhlizləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Şimal-Cənub” dəhlizi ilə birləşdirmək hər iki ölkənin maraqlarına uyğundur”, - deyə dövlət başçısı vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada