Samvel Karapetyan Ermənistana xüsusi tapşırıqla göndərilib

Samvel Karapetyan Ermənistana xüsusi tapşırıqla göndərilib
16:00

Ermənistanda son günlər aparılan həbslər və siyasi gərginlik fonunda müxtəlif şəxslərin roluna dair yeni məlumatlar ortaya çıxır. Xüsusilə Samvel Karapetyanın fəaliyyəti və onun Ermənistan daxilindəki missiyası geniş müzakirə olunur.

Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistan daxilində son həbslər və Samvel Karapetyanın fəaliyyəti ilə bağlı News365.az-a açıqlama verib.


Deputat bildirib ki, Samvel Karapetyanın Ermənistanda peyda olması təsadüfi deyil və o, Ruben Vardanyan xəttinin davamı kimi xüsusi missiya ilə ölkəyə gətirilib:

“Vardanyandan sonra Ermənistana göndərilən əsas fiqur məhz Karapetyan idi. Onun oraya ‘ixrac edildiyini’ tam əminliklə demək olar. Bu şəxs birbaşa Rusiyanın xüsusi xidmət orqanları tərəfindən koordinasiyalı şəkildə Ermənistana yönləndirilib və bu məlumatlar əsasında aparılan əməliyyat həbslə nəticələndi,” – deyə Nağıyev bildirib.

Deputata görə, Karapetyanın son açıqlamaları arxasında kilsə, diaspora və xarici xüsusi xidmət strukturlarının dayandığını göstərir:

“Karapetyan öz adından danışmır, müxtəlif ölkə və qurumların mövqeyini səsləndirir. Onun bəyanatları kilsə ilə sıx bağlıdır. Kilsə Ermənistan siyasətində həmişə güclü mərkəz olub.”

Arzu Nağıyev əlavə edib ki, hazırda Ermənistanda qarşıdan gələn seçkilərə müqavimət göstərən əsas qüvvələr Qarabağ klanı, kilsə və qondarma “soyqırımı”nı gündəmdə saxlayan diaspora təşkilatlarıdır:

“Həbs olunanlara baxanda görünür ki, bunlar seçkilərdə üstünlük əldə etmək üçün hazırlanmış şəxslərdir. Bu qruplar hazırda ölkədə siyasi gərginliyin əsas mərkəzində dayanır.”


Sizin reklam burada
Sizin reklam burada