Xəbər verdiyimiz kimi Rusiyada You Tube fəaliyyəti dayandırılıb. Ötən gündən etibarən ölkənin azı 20 regionunda sözügedən sosial şəbəkəyə giriş mümkün olmayıb. Yutub qadağası ölkə ərazisindəki bütün cihazlar üçün tətbiq olunub.
Qeyd edək ki, iyulun 25-də Rusiya Dumasının deputatı Aleksandr Xinşteyn hökumətin Yutubun fəaliyyətini 70% zəiflədəcəyini açıqlamışdı. O bu qərarını Yutubun Rusiya qanunvericiliyini pozması ilə əlaqələndirib.
Rusiyanın Ukraynada müharibə başlatmasından sonra Yutub Kreml təbliğatçılarının bir sıra kanallarını bloklamışdı. Sosial şəbəkə Putin hakimiyyətinin əleyhdarı olan jurnalistlər tərəfindən geniş istifadə olunurdu.
Bu və digər səbəblər üzündən Google-a məxsus Amerika video hostinq xidməti olan YouTube Rusiyada getdikcə yavaş işləyir. Çox güman ki, yaxın gələcəkdə dünyanın ən populyar video platforması Rusiya Federasiyasının sakinləri üçün əlçatmaz olacaq.
Bəs, daha hansı ölkələrdə YouTube kifayət qədər əlçatan deyil?
Türkmənistan
2024-cü ilin məlumatlarına görə, Türkmənistan dünyada internetin ən yavaş olduğu ölkələrin ilk onluğuna daxildir.Ümumilikdə isə YouTube Türkmənistanda 2009-cu ildən işləmir. YouTube-u qadağan edən hökumət videohostinq saytının niyə qadağan edildiyini izah etməyib. Populyar ani messencerlər və sosial şəbəkələr də bu gün ölkədə mövcud deyil.
Çin
YouTube Çində 2009-cu ildə qadağan edilib. Əvvəllər ölkədə məşhur videohostinq xidməti 2008-ci ilin martında Tibetdə etiraz aksiyaları zamanı, region sakinləri iğtişaşlar zamanı avtomobilləri və dükanları yandıraraq Çindən müstəqillik tələb edən zaman işləməyib. YouTube, İnternet məzmununun filtrasiya sistemi olan Çin Böyük Firewall tərəfindən bloklanan ilk veb-saytlardan biri idi. Bu gün Çində BBC, CNN, Wall Street Journal, New York Times, Financial Times, eləcə də əksər Qərb sosial şəbəkələri də daxil olmaqla bir sıra beynəlxalq onlayn mediaya daxil olmaq mümkün deyil. Telegram Çində də işləmir.
İran
2006-cı ildən İran “sosial və əxlaqi davranış qaydaları”nı pozduğuna görə vaxtaşırı YouTube-a girişi bağlayıb. Lakin son qadağa 2012-ci ildə video platformada Məhəmməd peyğəmbəri təhqir edən videonun görünməsi ilə qüvvəyə minib. Bloklamadan yan keçmək üçün iranlılar bütün mümkün vasitələrə, o cümlədən VPN-lərə müraciət etdilər, lakin 2022-ci ildə ölkə hökuməti bu cür xidmətlərdən istifadəni qadağan edən qanun qəbul etdi.
Türkiyə
Bu gün YouTube Türkiyədə işləyir.Lakin 2008-ci ildən 2010-cu ilə qədər ölkə Amerika video platforması olmadan yaşayırdı. Youtube Türkiyə Respublikasında bir il əvvəl, 2007-ci ildə Türkiyə parlamentinin məhkəməyə onun yurisdiksiyasına aid olan istənilən internet saytını bloklamasına icazə verən qanunu təsdiqləməsi ilə əlaqədar bloklanıb. Nəticədə, Türkiyədə YouTube-a qarşı uşaq pornoqrafiyasını yaymaq, fahişəliyi təbliğ etmək, qumar oyunlarını reklam etmək və Mustafa Kamal Atatürkü təhqir etmək kimi səkkiz cinayət işi qaldırılıb. YouTube-a qoyulan qadağa 2010-cu ildə Google-dan video hostinqlə bağlı məhdudiyyətlərə qarşı çıxış edən şəxsən prezident Abdullah Gülün sayəsində götürülüb.
Simali Koreya
Şimali Koreyada Cənubi Koreyaya gedən qaçqınların sözlərinə görə, internet hamı üçün əlçatan deyil. World Wide Web-ə daxil olmaq imkanı olanlar isə YouTube-da videolara baxa bilmirlər. Amma həmişə belə olmayıb. 2016-cı ilə qədər Şimali Koreyada video hostinq fəaliyyət göstərirdi. 2016-cı ilin aprelində Şimali Koreya hökuməti YouTube, böyüklər üçün internet saytları və bir sıra Qərb sosial şəbəkələrini “müəyyən müddətə” qadağan etdiyini elan etdi. Bu, ölkəyə gələn əcnəbilərin real vaxt rejimində Şimali Koreya ilə bağlı videolar yerləşdirməməsi üçün edilib. Şimali Koreyada YouTube-u qadağan edən qanunun bir hissəsi olaraq, onu sındırmağa cəhd edən hər kəsin cəzalandırılacağı bildirilir. Belə bir cinayətə görə hansı cəzanın nəzərdə tutulduğu məlum deyil.
İlhamə Qiyas, News365.az