"Aysunun şəklini cırandan sonra Rəqsanə məni yığdı"

"Aysunun şəklini cırandan sonra Rəqsanə məni yığdı"
27 Apr 2025 17:17

Müğənni Ülviyyə Namazova canlı efirdə şəklini cırdığı həmkarı Aysun İsmayılova ilə bağlı danışıb.

Sənətçi etdiyi əməlindən peşman olduğunu dilə gətirib.

Bunun qorxması ilə bağlı olmadığını bildirərək, sözügedən addımdan sonra Rəqsanə İsmayılovanın ona zəng etdiyini deyib:

"Rəqsanə canlı yayım açmışdı. Haqqımda pis sözlər demişdi. Həmin vaxt cavabını vermədim. Ancaq dəqiqə o epizodlar gözümün qarşısından fil kimi keçdi. Efir arxasında da söz-söhbətlər oldu, buna görə belə etdim. Heç kimdən qorxmuram. O məsələdən sonra Rəqsanə mənə zəng etdi. Çox gözəl danışdı. Yenidən həmin davanın olmağına imkan verməyəcəyini dedi. Verilişdə bir az əsəbi idim, şəkli cırdım. Hərəkətimə peşman oldum. Özümə yaraşdırmadım. Bəziləri yazacaq ki, "qorxub". Qorxsaydım, vaxtında heç nə deməzdim".


Sizin reklam burada
Sizin reklam burada