Gəncədə kütləvi davada 3 nəfər bıçaqlandı

Gəncədə kütləvi davada 3 nəfər bıçaqlandı
27 Apr 2025 22:59

Gəncədə bıçaqlanan şəxslərin sayının üç nəfər olduğu aşkara çıxıb.


News365.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.


Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə bıçaq xəsarətləri alıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəsmi açıqlamasına görə, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb. Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada