"Qarabağ" 12-ci dəfə çempion oldu

"Qarabağ" 12-ci dəfə çempion oldu
27 Apr 2025 22:45

"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.


News365.az xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.


"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.


Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.


Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.


Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.


"Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.


Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.


Sizin reklam burada
Sizin reklam burada