ABŞ Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvü Marjori Teylor Qrin prezident Donald Trampın Vatikanda Ukrayna lideri Vladimir Zelenski ilə görüşünü tənqid edib. O, bunu simvolik uğursuzluq adlandırıb. Siyasətçi "X" sosial şəbəkəsindəki paylaşımında fikirlərini bildirərkən "Hər şey bitdi!" yazıb.
Xatırladaq ki, bir gün əvvəl Tramp Zelenskinin Vatikanda ona daha sakit göründüyünü və sövdələşməyə hazır olduğunu söyləyib.
Tramp Zelenski ilə aprelin 26-da Vatikanda Papa Fransisklə vida mərasimi zamanı görüşüb. Mərasim zamanı Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna prezidenti ilə birlikdə Ağ Evin rəhbərinə yaxınlaşaraq söhbət ediblər.
Tural