ABŞ-nin nüfuzlu universitetləri Trampa qarşı birləşirlər

ABŞ-nin nüfuzlu universitetləri Trampa qarşı birləşirlər
28 Apr 2025 08:50

Amerikanın bir neçə nüfuzlu universiteti ABŞ prezidenti Donald Trampın administrasiyasının siyasətinə qarşı qüvvələri koordinasiya edəcək assosiasiya yaradıb. Bu barədə "Wall Street Journal" (WSJ) yazıb. Nəşr öz mənbələrinə istinad edib.


Hazırda bu qeyri-rəsmi qrupa 10-a yaxın universitet qoşulub, onlardan bəziləri "Ivy League"nin bir hissəsidir. Bu ali təhsil müəssisələrinin əksəriyyəti demokratların təsiri gücl olan ştatlarda yerləşir. Ehtimal olunur ki, qrup öz siyasətini koordinasiya edəcək və universitetlərin ABŞ administrasiyasına nə dərəcədə güzəştə getməyə hazır olduğunu müəyyən edəcək.


Mənbələrin bildirdiyinə görə, assosiasiya əsasən “akademik müstəqilliyi” müdafiə etmək niyyətindədir, xüsusən də tələbələrin qəbulu, işçilərin işə götürülməsi və tədris prosesinin təşkili prosedurlarına nəzarəti saxlamaq istəyir.

Qeyd edək ki, Tramp hakimiyyətə gələndən sonra təhsil və elms ahəsində də radikal addımlar atıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada