“1992
- cı ildə İranın Maraga şəhərində kardiloq yox idi - həkimlərin bəziləri
farsdilli və hindistanli idilər. Əhalinin əksəriyyəti türkdili idi, Yəqin buna
görə də Tehrandan mənim təyinatimı Üskü şəhərindən Maraga şəhərinə dəyişdilər.
Onda Maraga şəhərində infaktlı xəstələrin çoxunu xilas edə bilmirdim. Mən Marağa
şəhərinin deputatı ilə görüşdüm və ölüm faizinin artma səbəbini
kardioreanimasiyanın (CCU) olmaması, Tehran və Təbriz şəhərlərin isə uzağ
olmasını səbəb kimi göstərdim”.
News365.az xəbər verir ki, bu fikirləri özünün social səhifəsində
tanınmışhəkim İdris Xəlilov yazıb. O əlavə edib ki, onun təklifini yüksək
səviyyətə reaksiya göstərildi:
“Çox
qısa müddətdə Marağa şəhərində standartlara uyğun Kardioreanimasiya şöbəsi
yaradıldı və mən rəhbər təyin olundum. 3 il ərzində yüzlərlə soydaşlarımızı ölümün
pəncəsindən xilas etməyə nail ola bildik. İndiki Prezident M. Pezeşkian
ixtisasca ürək cərrahı və Təbriz universitetinin rektoru idi. O Marağa şəhərinə
ğəldi, şəraitlə ətraflı tanış oldu, çox bəyəndi və bundan sonra da nə lazım
olacaqsa kömək edıcəyinə söz verdi. Mənimlə Azərbaycan dilində danışırdı - İndi
necə görünürsə 33 əvvəl də belə idi - təvazökar,mehriban, gülərüz, həssas və səmimi!”
News365.az