“Maliyyə
Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit
yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda
kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə
bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O bildirib
ki, əvvəla bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl
bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər
arasında ciddi faizləri endimi yox idi. Deməli, depozit porfelnin indi 2-3%
artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə
deyil.
İkinci
bir tərəfdən isə, nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu
vəsaitləri qısa müddətə – əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki
bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa
müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi
isə mümkün deyil.
Üçüncüsü,
kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti,
makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə
siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda
pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.
Əlqərəz,
1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin
düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil.
İqtisadi prososlər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər
isə yanlış qərar və ümidlərə səbəb ola bilər”.
Onda
Maliyyə Nazirliyi niyə bunu etdi?
Müsahibimiz
deyir ki, cavab çox sadədir:
“Maliyyə
Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir.
Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə
Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti
illərdə bu depozitlər təkcə sistem əgəmiyyətli banklara deyil, müəyyən mütənasiblik
mexanizmləri ilə digər banklara da etibar edilməlidir”.
News365.az