Ukraynaya humanitar yardım davam etdiriləcək - Səfir

Ukraynaya humanitar yardım davam etdiriləcək - Səfir
27 Apr 2025 22:30

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Korniienko ilə görüşüb.


News365.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında məlumat verib.


Görüşdə parlament formatında ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Səfir bildirib ki, Azərbaycan bundan sonra Ukraynaya humanitar yardım etməyi planlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada