ABŞ hakimiyyəti ağır xəstə olan dörd yaşlı uşağı Hondurasa deportasiya edib. Bu barədə ABŞ-nin Milli İmmiqrasiya Layihəsi (NIPNLG) məlumat yayıb.
Xərçəngin nadir növündən əziyyət çəkən uşaq və onun yeddi yaşlı bacısı ABŞ vətəndaşıdır. Lakin onların anası ölkədə qeyri-qanuni yaşayırmış. Uşaqların atasının isə ABŞ-də yaşamaq üçün qanuni əsasları olub. Amma o, yaranmış arzuolunmaz vəziyyətə təsir göstərə bilməyib. Çünki ana uşaqları ilə bərabər aidiyyəti qurumun əməkdaşları tərəfindən nəzarətə götürülüb və bu halda kənar şəxslərlə əlaqə qadağandır.
Hüquq müdafiəçiləri hadisəni konstitusiya təminatlarını və fundamental insan hüquqlarını pozan hal adlandırıblar. Onlar buna görə məsuliyyət daşıyan ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi rəsmilərinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Aprelin 22-də ABŞ prezidenti Donald Tramp deportasiya edilən hər bir miqrantın məhkəməyə müraciət hüququnun- etiraza şərait yaradılmasının qeyri-mümkün olacağını bildirib. O bunun böyük gecikmələrə səbəb olacağını qeyd edib.
Tural