Çin ABŞ-yə tarif müzakirələri təklif edir

Çin ABŞ-yə tarif müzakirələri təklif edir
28 Apr 2025 08:45

Çin hökuməti ABŞ-la ticarət tariflərini müzakirə etməyə hazırdır. Bu barədə Rusiya mediasına Çinin BMT-dəki daimi nümayəndəsi Çen Syu bildirib.


"Dialoq bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanmalıdır. Amerikalılara gəlincə, bütün bu prosesin təşəbbüskarı onlardır. Ona görə də düzgün təməl və ya atmosfer yaratmaq üçün lazımi addımları atmaq onlardan asılıdır", - diplomat bildirib.


Aprelin 23-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Çin mallarına tətbiq edilən gömrük rüsumlarını azaldacaq, lakin tarif sıfır olmayacaq. Ağ Evin rəhbəri Çindən gətirilən mallara cari ümumi rüsumları olduqca yüksək adlandırıb.





Tural


Sizin reklam burada
Sizin reklam burada