Əsas məqsədimiz regionda fəaliyyətimizi davam etdirməkdir”.
Bu fikirləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper deyib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərini, vitse-prezidentin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü şərh edən xanım Hipper, Aİ-nin Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib:
“Azərbaycanla münasibətlərimiz əlaqəlilik, enerji, minatəmizləmə, insan hüquqları və regionda sülh kimi geniş spektrli məsələləri əhatə edir. Məqsədimiz regionda fəaliyyətimizi davam etdirməkdir”, - deyə A.Hipper əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirib.
Kaya Kallas isə Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.