Yevlaxda ağır qəza - Ölənlər var

Yevlaxda ağır qəza - Ölənlər var
16:10

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

News365.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində xəsarət alan iki kişi saat 13:10 radələrində ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.

Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.


Sizin reklam burada
Sizin reklam burada