Salyanda FACİƏ - Ölən var

Salyanda FACİƏ - Ölən var
15:40

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

News365.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada