Prezident İlham Əliyev: İkili standartlar həm də kiminsə sizə necə yaşamağı öyrətmək istədiyi zaman özünü göstərir.
Belə bir addım atmazdan əvvəl insan güzgüyə baxmalı və özünə sual verməlidir: kiməsə dərs vermək, onu öyrətmək, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı?
Biz heç vaxt belə etmirik. Biz öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetiririk. Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələlərdir.
Bu, bizim işimiz deyil. Biz də bizə qarşı eyni münasibətin göstərilməsini gözləyirik və buna nail oluruq.