Xalq artisti Zaur Rzayevin səhhətində yaranan problemlər davam edir. Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alan sənətçinin vəziyyəti kritik ağır qiymətləndirilir.
News365.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumata görə, 1952-ci il təvəllüdlü Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə olunur.
Xatırladaq ki, Xalq artistinin səhhəti oktyabrın 14-də yenidən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Müayinələr nəticəsində sənətçiyə qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub.
News365.az