Ermənistan parlamentinin iclasında İNSİDENT - VİDEO

Ermənistan parlamentinin iclasında İNSİDENT - VİDEO
13:55

Ermənistan Milli Assambleyasının bugünkü iclası təhlükəsizlik xidməti əməkdaşlarının iclas zalına çağırılması ilə başlayıb. 

News365.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə müxalif “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryan çıxış edərkən baş verib.

Belə ki, Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı tənqid edib.

Rubinyan müxalif deputatdan bir neçə dəfə cari gündəliklə bağlı çıxış etməsini xahiş etsə də, Kazaryan buna məhəl qoymayıb. Nəticədə spiker deputatın mikrofonunun söndürülməsini tələb edib, bir qədər sonra isə o, təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb. 



Sizin reklam burada
Sizin reklam burada