Putin Pezeşkianla görüşdü

Putin Pezeşkianla görüşdü
27 Okt 2026 16:30

Rusiya Prezidenti Vladimir İran lideri Məsud Pezeşkianla görüşüb.

News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tərəflərin iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Qeyd edək ki, Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvadadır.

Bu, Pezeşkianın Rusiyaya üçüncü səfəri və Putinlə səkkizinci görüşüdür.


Sizin reklam burada
Sizin reklam burada