“Yeni Yaxın Şərq” konsepti və regionda güc balansı müzakirə olunur

“Yeni Yaxın Şərq” konsepti və regionda güc balansı müzakirə olunur
15 Apr 2026 14:38

Milli Məclisin deputatı Hikmət Babaoğlu regionda formalaşmaqda olan yeni geosiyasi tendensiyalarla bağlı fikirlərini bölüşüb.

News365.az xəbər verir ki, deputat açıqlamasında “Yeni Körfəz” və “Yeni Yaxın Şərq” modelinin formalaşdığını, bu prosesdə yeni regional memarlıq və güc balansının yarandığını bildirib.

O qeyd edib ki, bu prosesdə Türkiyənin mühüm rol oynadığı müşahidə olunur. Deputatın sözlərinə görə, əgər xarici müdaxilələr və qarşıdurmalar olmasa, regionda sabitlik üçün yeni əməkdaşlıq platformalarının yaradılması mümkündür.

Hikmət Babaoğlu bildirib ki, bəzi regional güclər, o cümlədən İran və İsrail bu cür formatlara ehtiyatla yanaşır və müəyyən hallarda prosesə qarşı mövqe sərgiləyirlər. Onun sözlərinə görə, İran Türkiyəni regional rəqib kimi görsə də, Ankara bölgədə sabitlik və dialoq təşəbbüslərini davam etdirir.

Deputat əlavə edib ki, Türkiyə ilə İran arasında müəyyən sahələrdə əməkdaşlıq imkanları mövcuddur və Ankara İranın sosial və siyasi dinamikasını yaxından tanıyan əsas ölkələrdən biridir.

Onun fikrincə, regionda mümkün dəyişikliklər təkcə mövcud rejimlər səviyyəsində deyil, gələcək ictimai və siyasi proseslər baxımından da qiymətləndirilməlidir. Bu səbəbdən Türkiyənin gələcək mərhələlərə hazır olması vacib hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada