Ermənistan-İran hərbi yaxınlaşması yeni mərhələyə keçir

Ermənistan-İran hərbi yaxınlaşması yeni mərhələyə keçir
14:16

Ermənistanda keçirilən son hərbi parad zamanı nümayiş etdirilən İran istehsalı olduğu bildirilən raket sistemləri regionda yeni müzakirələrə yol açıb. Mütəxəssislər hesab edirlər ki, bu addım təkcə hərbi imkanların nümayişi deyil, həm də müxtəlif ünvanlara yönəlmiş siyasi mesaj xarakteri daşıyır.

Mövzunu şərh edən politoloq  News365.az-a bildirib ki, parad zamanı İran mənşəli silahların nümayiş etdirilməsi Tehran və İrəvan arasında hərbi-texniki əməkdaşlığın genişləndiyini göstərir.


Onun sözlərinə görə, son illərdə Ermənistan təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarmağa başlayıb. Rusiya ilə münasibətlərdə yaranan etimad problemləri fonunda İrəvan alternativ istiqamətlərə üz tutur, İran isə bölgədə mövqelərini qorumağa çalışan əsas aktorlardan biri kimi çıxış edir.

Politoloq qeyd edib ki, parad zamanı bu silahların nümayişi həm əməkdaşlığın mövcudluğunu təsdiqləyir, həm də region ölkələrinə müəyyən siyasi mesajlar ötürür.

Qarayeva hesab edir ki, məsələyə daha geniş geosiyasi kontekstdən yanaşmaq lazımdır. Onun fikrincə, İran Cənubi Qafqazda baş verən prosesləri öz milli təhlükəsizliyi baxımından diqqətlə izləyir və regionda formalaşan yeni siyasi və nəqliyyat layihələrinə xüsusi həssaslıq göstərir.

"Ermənistan Tehran üçün strateji əhəmiyyət daşıyan qonşu dövlətdir. Buna görə də İran İrəvanın təhlükəsizlik imkanlarının zəifləməsində maraqlı deyil və bu istiqamətdə əməkdaşlığı davam etdirir", - deyə politoloq vurğulayıb.

Ekspert paradın daxili siyasi məqsədlərə də xidmət etdiyini bildirib. Onun sözlərinə görə, müharibədən sonra Ermənistan cəmiyyətində ordunun imkanları ilə bağlı suallar yaranıb və hakimiyyət yeni silahların nümayişi ilə ictimai rəydə müsbət təsir formalaşdırmağa çalışır.

Qarayeva əlavə edib ki, Cənubi Qafqazda yeni geosiyasi balansların formalaşdığı bir dövrdə region ölkələrinin hərbi və siyasi tərəfdaşlıqlarında baş verən dəyişikliklər ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Ermənistanla İran arasında hərbi əlaqələrin genişlənməsi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.


Sizin reklam burada
Sizin reklam burada