Kreml Zelenskinin Putinlə görüş təklifinə cavab verdi

Kreml Zelenskinin Putinlə görüş təklifinə cavab verdi
14:26

Rusiya tərəfi Ukrayna Prezidenti Volodymyr Zelenskyy tərəfindən irəli sürülən Rusiya Prezidenti Vladimir Putin ilə birbaşa görüş təklifinə münasibət bildirib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski açıq məktubunda müharibənin yalnız Kiyev və Moskva arasında, ikitərəfli formatda müzakirə olunaraq yekunlaşdırılmasını təklif edib və görüşə hazır olduğunu bildirib.

Kreml sözçüsü Dmitry Peskov isə açıqlamasında Zelenskinin istənilən vaxt Moskvaya gələrək Putinlə görüşə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna prezidentinin müraciəti hazırda Kremlin müvafiq strukturları tərəfindən araşdırılır.

Peskov əlavə edib ki, Rusiya münaqişənin həlli ilə bağlı ABŞ-nin rolunu ideallaşdırmır və ölkənin milli maraqlarının hər zaman prioritet olaraq qaldığını vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada