“Ermənistan–Rusiya münasibətlərində kəskinləşmə gözlənilmir”- AÇIQLAMA

“Ermənistan–Rusiya münasibətlərində kəskinləşmə gözlənilmir”- AÇIQLAMA
14:42

Ermənistanın daxili siyasi prosesi və Rusiya ilə münasibətləri fonunda seçkilərdən sonrakı mümkün ssenarilər müzakirə olunur.

Bu barədə Millət vəkili Zaur Şükürov News365.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə Rusiya tərəfi daha sərt ritorikadan uzaqlaşaraq, Nikol Pashinyan rəhbərliyinin seçkilərdə qalib gəlməsi ehtimalını müəyyən mənada qəbul edir.

Deputat qeyd edib ki, Ermənistanda gələcəkdə Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə münasibətlər, eləcə də mümkün referendum məsələsi gündəmdə qala bilər.

Onun fikrincə, Paşinyan hökuməti Qərbə inteqrasiya kursunu davam etdirir və seçkilərdə də bu istiqamət əsas siyasi xətt kimi təqdim olunur. Eyni zamanda Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi strukturlardan çıxmaqla bağlı müzakirələri də davam edir.

Z.Şükürov bildirib ki, seçkilərdən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşəcəyi gözlənilmir:

“Tərəflər arasında müəyyən siyasi gərginlik olsa da, müxtəlif platformalarda təmaslar davam etdiriləcək”.

Millət vəkili əlavə edib ki, Vladimir Putin də əvvəlki açıqlamalarında Ermənistan cəmiyyətinin Qərbə inteqrasiya seçimini belə etsə, humanitar əməkdaşlığın davam edəcəyini bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistana ucuz təbii qaz ixrac etməklə ölkənin iqtisadi sabitliyində mühüm rol oynayır və bu amil münasibətlərin tam kəsilməsinin qarşısını alan əsas faktorlardan biridir.

Deputat hesab edir ki, seçkilərdən sonra əsas müzakirə mövzusu iqtisadi əməkdaşlıq və qaz qiymətləri olacaq, münasibətlər isə tam kəskinləşmə mərhələsinə keçməyəcək.


Sizin reklam burada
Sizin reklam burada