Rumıniyada yeni baş nazir təyin edildi

Rumıniyada yeni baş nazir təyin edildi
04 İyn 2026 22:20

Rumıniya Prezidenti Nikuşor Dan Eucen Tomakı baş nazir postuna təyin edib.

News365.az xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.

Dövlət başçısı bəyan edib ki, parlament baş nazir İliye Bolojanın hökumətini istefaya göndərdikdən sonra koalisiyadakı partiyalar razılığa gələ bilməyiblər, buna görə də o, müstəqil namizəd seçib. Danın sözlərinə görə, Tomak bu vəzifə üçün lazımi təcrübəyə və dəyərlərə malikdir.

Yeni baş nazir əmin edib ki, kabinet büdcəni məsuliyyətlə idarə edəcək, götürülmüş öhdəlikləri yerinə yetirəcək və insanların maraqlarını öz fəaliyyətinin mərkəzinə qoyacaq. Mənbə yazır ki, hökuməti formalaşdırmaq və etimad votumu almaq üçün onun 10 gün vaxtı var.

Lakin "Digi24"ün məlumatına görə, Milli Liberal Partiyası və Rumıniyanın Xilası İttifaqı artıq bəyan ediblər ki, əgər kabinetə Sosial Demokrat Partiyasının nümayəndələri daxil olarsa, onlar hökuməti dəstəkləməyəcəklər.


Sizin reklam burada
Sizin reklam burada