Ermənistanda siyasi mübarizə növbəti dəfə keçmiş prezident Robert Kocharyan ilə baş nazir Nikol Pashinyan arasında qarşıdurmanı ön plana çıxarıb.
News365.az-ın məlumata görə, Paşinyan seçkilərdən sonra Koçaryanla bağlı hüquqi proseslərin sürətləndiriləcəyinə işarə edib. Baş nazir bildirib ki, keçmiş prezident yaxın vaxtlarda məsuliyyətə cəlb olunmalı və həbs olunmalıdır.
Məsələni şərh edən hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyanın bu açıqlamaları ilk növbədə seçki kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Ekspertin sözlərinə görə, seçkilərdə hakim komanda üstün nəticə əldə edərsə, Paşinyan siyasi rəqiblərinə və xüsusilə rusiyayönlü qüvvələrə qarşı daha sərt addımlar ata bilər. Bu halda Koçaryanın həbsi və məhkəmə qarşısına çıxarılması ehtimalı da yüksəlir.
Əlibəyli qeyd edib ki, əgər hakimiyyət gözlənilən qədər güclü mandat qazana bilməsə, Koçaryanla bağlı proseslər uzana və məsələ uzun müddət siyasi gündəmdə saxlanıla bilər.
Hüquqşünas həmçinin vurğulayıb ki, Koçaryan barəsində Azərbaycanda cinayət işi açıldığı və onun beynəlxalq axtarışa verildiyi nəzərə alınarsa, gələcəkdə ekstradisiya məsələsi də gündəmə gələ bilər. Onun fikrincə, bu məsələ Ermənistan daxilindəki siyasi proseslərin nəticələrindən və regionda davam edən sülh danışıqlarının gedişindən asılı olacaq.
News365.az