SON DƏQİQƏ: Bakıxanov qəsəbəsində yaşayış binasındakı yanğın SÖNDÜRÜLÜB-YENİLƏNİB

SON DƏQİQƏ: Bakıxanov qəsəbəsində yaşayış binasındakı yanğın SÖNDÜRÜLÜB-YENİLƏNİB
18:10

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə News365.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

***

17:47

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə News365-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada