Süni intellekt pandemiyaların qarşısını ala biləcək peyvənd hazırladı - ARAŞDIRMA

Süni intellekt pandemiyaların qarşısını ala biləcək peyvənd hazırladı - ARAŞDIRMA
13:53

Alimlər süni intellektin köməyi ilə geniş spektrli viruslara qarşı təsir göstərə biləcək yeni nəsil peyvənd hazırlayıblar.

News365.az xəbər verir ki, araşdırmanı aparan Kembric Universitetinin mütəxəssisləri bildirirlər ki, peyvəndin əsas komponenti ilk dəfə olaraq tam şəkildə süni intellekt tərəfindən layihələndirilib və daha sonra insanlar üzərində ilkin sınaqlardan keçirilib.

Yeni texnologiya koronavirus ailəsinə aid müxtəlif virus növlərinə, o cümlədən COVID-19-un mövcud variantlarına qarşı qorunma yaratmağı hədəfləyir. Tədqiqatçılar hesab edirlər ki, peyvənd gələcəkdə heyvanlardan insanlara keçə biləcək və yeni pandemiyalara səbəb ola biləcək koronaviruslara qarşı da effektiv ola bilər.

Mütəxəssislərin sözlərinə görə, layihə hələ inkişaf mərhələsindədir. Bununla yanaşı, süni intellektdən istifadə etməklə qrip, Ebola və digər təhlükəli infeksiyalara qarşı da oxşar peyvəndlərin hazırlanması istiqamətində işlər aparılır.

Alimlər qeyd edirlər ki, peyvəndlərin əsas məqsədi immun sisteminə virusları əvvəlcədən tanımağı öyrətmək və orqanizmin infeksiyalara qarşı müdafiəsini gücləndirməkdir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada