Ukrayna ilə müvəqqətimatəşkəs elan olunub SƏBƏB

Ukrayna ilə müvəqqətimatəşkəs elan olunub SƏBƏB
18:20

Ukrayna ilə Rusiya arasında Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edən xəttin təmiri məqsədilə müvəqqəti yerli atəşkəs razılaşdırılıb.

News365.az xəbər verir ki, bu barədə BAEA məlumat yayıb.

Məlumata görə, əldə olunan razılaşma ötən ilin sonundan bəri tərəflər arasında vasitəçilik edilən altıncı belə atəşkəsdir. Müvəqqəti atəşkəs enerji təchizatı xəttində təmir-bərpa işlərinin təhlükəsiz şəkildə aparılmasına imkan yaradacaq.

BAEA Zaporojye AES-in təhlükəsiz enerji təminatının nüvə təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada