Yas mərasimində zəhərlənənlərin SON DURUMU

Yas mərasimində zəhərlənənlərin SON DURUMU
21:21

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.


Sizin reklam burada
Sizin reklam burada