Türkiyədə kişi evinə qonaq gələn dostunu bıçaqlayaraq öldürüb
News365.az xəbər verir ki, hadisə Eskişəhərdə baş verib.
Belə ki, N.Ö. evinə qonaq gələn dostu Bülent Sapı bıçaqlayaraq öldürüb.
Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisədə istifadə edildiyi ehtimal olunan bıçaq isə evin qarşısındakı zibil konteynerində tapılıb.