"SpaceX"dən yeni layihə - 100 milyard dollarlıq kosmik baza

"SpaceX"dən yeni layihə - 100 milyard dollarlıq kosmik baza
17:30

Kosmik uçuşlar, planlaşdırma və süni intellekt sahəsində fəaliyyət göstərən SpaceX ABŞ-ın Luiziana ştatında 100 milyard dollar sərmayə ilə nəhəng kosmik baza quracağını açıqlayıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin məlumatına görə, layihənin əsas məqsədi kosmik uçuşların sayını əhəmiyyətli dərəcədə artırmaq və minlərlə buraxılışı dəstəkləyə biləcək infrastruktur yaratmaqdır.

SpaceX yaxın 10 il ərzində layihə çərçivəsində birbaşa 3 min yeni iş yerinin yaradılmasının, əlavə olaraq isə 8 mindən çox dolayı iş yerinin açılmasının nəzərdə tutulduğunu bildirib.

100 milyard dollar sərmayə ilə inşa ediləcək kompleksin SpaceX-in dördüncü və ən böyük kosmik buraxılış məntəqəsi olacağı qeyd edilib. Baza şirkətin Starship missiyalarının həyata keçirilməsində mühüm rol oynayacaq.

Layihənin başa çatdırılmasından sonra kompleksdə hər birində iki buraxılış meydançası və yanacaq infrastrukturu olan beş buraxılış kompleksi fəaliyyət göstərəcək.

Nəhəng layihəyə həmçinin yanacaq istehsalı müəssisəsi, enerji istehsalı qurğuları, kosmik aparatların hazırlanması və texniki emalı üçün obyektlər, eləcə də SpaceX əməkdaşları və onların ailələri üçün yaşayış binalarının daxil ediləcəyi bildirilib.


Sizin reklam burada
Sizin reklam burada