Sənədsiz evlər sənədləşdiriləcək? Ekspertdən mühüm açıqlama

Sənədsiz evlər sənədləşdiriləcək? Ekspertdən mühüm açıqlama
17:10

Bələdiyyə mülkiyyətində olan torpaqlarda tikilmiş bəzi sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı həll yolu müəyyənləşdirilib.

News365.az-ın məlumatına görə, belə hallarda vətəndaşların bələdiyyələrə müraciət etməsi və zəbt olunmuş torpaq sahələrinin bazar qiymətinə uyğun olaraq satılması nəzərdə tutulur. Bildirilir ki, bu proses artıq bəzi rayonlarda həyata keçirilir və gələcəkdə Bakı və Abşeron ərazisində də tətbiq olunması planlaşdırılır.

Lakin insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan ərazilərdə yerləşən evlərin sənədləşdirilməsi mümkün olmayacaq.

Ekspert kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərin də ayrıca qiymətləndiriləcəyini bildirib. Onun sözlərinə görə, həmin torpaqların təyinatının dəyişdirilməsi mümkün olduğu halda, üzərində yerləşən evlərin də sənədləşdirilməsi mümkün ola bilər.

Beləliklə, sənədsiz evlərin taleyi torpağın hüquqi statusu, yerləşdiyi ərazi və təhlükəsizlik məsələləri nəzərə alınmaqla fərdi qaydada qiymətləndiriləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada