“Yanvar
ayında Azərbaycanda ÜDM 0,9% azalıb. Bu, əlbəttə, arzuolunan hal deyil. Amma bu
tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, ilin əvvəlində ÜDM-in azalması bir çox
mövsümi və texniki faktorlarla izah oluna bilər:
“Məsələn,
dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması,
bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi,
ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda
azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv
olması və digər səbəblərdən qaynaqlana bilər.
Odur
ki, iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi
ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmirəm.
Amma
bütün hallarda 0,9%-lik azalma cidd siqnal olaraq qəbul edilməliidir. Ən azı
ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə
5 faiz artmışdır”.
News365.az