Türkiyədə liseyə silahlı hücum edən şəxs saxlanılıb - YENİLƏNİB

Türkiyədə liseyə silahlı hücum edən şəxs saxlanılıb - YENİLƏNİB
12:27

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşışındakı silahlı insident zamanı 11 nəfər yaralanıb.

News365.az-ın məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında yazıb.

Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident baş verib.

Liseyin 15 yaşlı şagirdi ətrafa çoxlu sayda atəş açaraq 11 nəfəri yaralayıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Ərazi polis nəzarəti altına alınıb.

Hadisənin baş verdiyi liseydə bu gün dərslər dayandırılıb.

11:43

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.

Hadisə nəticəsində arasında məktəblilərin də olduğu 5 nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Silahlı hücumu törədən şəxsin axtarışları davam etdirilir.

Silahlı hücum nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.





Sizin reklam burada
Sizin reklam burada