Politoloq Tamilla Qulami 44 günlük Vətən müharibəsi iştirakçısı olduğu bildirilən gəncin əlillik təyinatı və pensiya məsələsi ilə bağlı narazılığını ifadə edib.
O, sosial şəbəkədə paylaşdığı yazıda 24 yaşlı Raqilin müharibədən sonra əmək qabiliyyətini itirdiyini, lakin buna baxmayaraq, ona əlillik müavinəti və pensiya təyin edilmədiyini bildirib.
Tamilla Qulami qeyd edib ki, Raqil müharibə zamanı cəmi üç aylıq əsgər olub və hadisədən 6 il keçməsinə baxmayaraq, hazırda vəziyyəti ağırdır:
“Üç ayın əsgəri olub Raqil. 44 günlük müharibədə bu vəziyyətə düşüb, indi belə durumu ağırdır. Düz 6 ildir. 24 yaşı var, əmək qabiliyyətini itirib. Əlillik haqqı, pensiyası verilmir, imtina edilib”.
Politoloq Tibbi Ekspertiza Mərkəzinin bu qərarı hansı əsaslarla qəbul etdiyini də sual edib.
“Tibbi Ekspertiza Mərkəzi nəyə əsasən bu qərara gəlib görəsən? Nə örnək qoyduğunuzun fərqindəsiniz? Ayıbdır axı!” – deyə o bildirib.
News365.az