Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslının ölümü ilə bağlı yeni məlumat əldə edilib.
News365.az xəbər verir ki, “Kompüter elmləri” ixtisasında təhsil alan Fidan Abbaslı burun əməliyyatı zamanı həyatını itirib.
Məlumata əsasən, onun ölümü plastik əməliyyatın keçirilməsi zamanı baş verib.
Qeyd edək ki, Fidan Abbaslı 2024-cü ildə Bakı Türk Liseyindən məzun olub. Onun atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimi işləyir.