Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub
21 Sen 2026 23:00

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

News365.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Alçalı kəndi ərazisindən baş verib.

Alçalı kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynov Nəcəf Hüseynovu "Audi" markalı avtomobil vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada